Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda onlayn kassalara tam keçidin vaxtı açıqlanıb

Azərbaycanda onlayn kassalara tam keçidin vaxtı açıqlanıb

124
Paylaş

2021-ci ilin 1 yanvar tarixinə qədər bütün ölkə üzrə onlayn nəzarət-kassa aparatlarının tətbiqi başa çatacaq.

Bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət Departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Qeyd etdiyimiz kimi, Vergilər Nazirliyinin rəqəmsal texnologiyalardan istifadənin genişləndirilməsi sahəsində hədəflərindən biri onlayn kassa aparatlarının tətbiqidir. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Bu sahədə şəffaflığın təmin olunması üçün yaxın gələcəkdə onlayn kassa aparatlarının tətbiqi planlaşdırılır. Nazirliyin informasiya sistemi ilə onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat məlumatlarının daha dürüst olmasına və satış mühasibatlığında şəffaflığın təmin olunmasına şərait yaradacaq.

Bundan başqa, tezliklə hüquqi şəxslərin təsis sənədlərində dəyişiklikləri online rejimdə etmək mümkün olacaq, deyə Vergilər Nazirliyinin Departament rəsmi nümayəndəsi vurğuladı. 

Ə.Məmmədovun sözlərinə görə, hazırda bu məsələ üzərində iş aparılır.