Əsas səhifə Biznes sahələri Texnologiya Azərbaycanda noutbukların bazar payı artıb

Azərbaycanda noutbukların bazar payı artıb

209
Paylaş

Bu ilin birinci rübü ərzində portativ kompüterlərin (noutbuk və netbukların) Azərbaycanda bazar payı 1,7% artıb. Bu barədə “Global Stats” statistik mərkəzin hesabatında bildirilir.

Noutbukların bazar payı aprelin 1-nə 55,4% təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% azdır.

Mərkəzin məlumatına əsasən, cari ilin ilk üç ayı ərzində ölkə üzrə stolüstü kompüterlərin bazar payı ilin əvvəlinə nisbətən 2% azalaraq aprel ayının 1-nə 42,8% təşkil edib. Bu isə ötən ilin müvafiq göstəricisini 12,7% üstələyir.

Hesabatda mart ayının sonuna planşet kompüterlərin bazar payı 1,7% olub. Bu seqment üzrə ilin əvvəlindən 5%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 31,6% azalma müşahidə olunub.