Azərbaycanda mobil telefonları bazarında artım

Date:

Paylaş:

Bu ilin fevral ayında Azərbaycana 79 121 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, yanvar ayı ilə müqayisədə idxalın artımı  fevralda 11,8% təşkil edib. İdxal olunan məhsulların dəyəri 9 984,4 min ABŞ dolları təşkil edib ki, bu da yanvar ayının göstəricisi ilə müqayisədə 23% çoxdur.

Bu ilin yanvar-fevral aylarında isə ölkəyə 149 875 ədəd mobil qurğu idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 44% təşkil edib. İdxal olunan məhsulların dəyəri 18 100,9 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisini 86,6% üstələyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...