Əsas səhifə Xəbərlər Azərbaycanda mobil operatorların qazancı açıqlanıb – MƏBLƏĞ

Azərbaycanda mobil operatorların qazancı açıqlanıb – MƏBLƏĞ

203
Paylaş

2018-ci il ərzində informasiya və rabitə müəssisələri 1 milyard 881,2 milyon manatlıq xidmət göstərib ki, onun da 72,6 faizi əhali tərəfindən istehlak olunub.

“Bizplus.az” xəbər verir ki, 2017-ci illə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 9,3 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,0 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 46,2 faizi və ya 868,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.