Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanda mentorların hazırlanmasına başlanıldı

Azərbaycanda mentorların hazırlanmasına başlanıldı

112
Paylaş

Azərbaycan Sahibkarlar Konfederasiyası “Cənubi Qafqazda peşə təhsilinə dəstək” layihəsi çərçivəsində mentorların hazırlanmasına start verdi. Layihədə iqtisadiyyatın beş sahəsi üzrə, bunlar turizm sahəsində turagent, otel xadiməçisi, satış meneceri, avtomobil elektriki, tikiş avadanlığı operatoru-tikişçi seçilib. Mentorların beşi həmin sahələr üzrə peşə məktəblərinin, beş nəfər isə müvafiq müəssisələrinin əməkdaşlarıdır.

Bu barədə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından məlumat verilir.

Məlumat üçün bildirək ki, mentorlar çalışdıqları sahənin biliciləri hesab olunurlar və onlar təcrübəçilərə həmin peşəni öyrətmək funksiyası daşıyırlar.

Azərbaycanda mentorların hazırlanması üçün nəzərdə tutulan bu təlim üç mərhələdən ibarətdir. “Cənubi Qafqazda peşə təhsilinə dəstək” layihəsinin Azərbaycan üzrə üzrə koordinatoru Nigar Cəfərovanın sözlərinə görə, birinci və ikinci mərhələ alman ekspertlərinin hazırladıqları proqram üzrə Bakıda, sonuncu mərhələ isə Almaniyada olacaq və iştirakçılar orada peşə təhsili müəssilərində, şirkətlərdə dual təhsilin necə təşkil olunması ilə tanış olacaqlar.

Layihənin yekununda iştirakçılar testdən keçəcəklər və bundan sonra onlara müvafiq sertifikat veriləcək.

Nigar Cəfərova onu da bildirdi ki, gələcəkdə seçilmiş peşə məktəblərində “Dual Like” pilot proqramlarının həyata keçirilməsi də planlaşdırılır.

Nigar Cəfərova

Qeyd edək ki, hazırda mentorluq təlimlərində “Bazarstore” supermarketlər şəbəkəsi, “Baku New Hotel”, “Cahan Motors”, “Bakı Textil” fabriki və bir neçə peşə təhsili müəssisələri iştirak edirlər.