Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda kredit kartlarının sayı azalmaqda davam edir

Azərbaycanda kredit kartlarının sayı azalmaqda davam edir

84
Paylaş
Visa and Mastercard
Visa and Mastercard

2019-cu ilin İyul ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 132 min ədəd təşkil edib.

İyun ayının sonu ilə müqayisədə İyulda cəmi ödəniş kartlarının sayı 121 min ədəd artıb.

Artım Yanvarda 39 min ədəd, Fevralda 74 min ədəd, Martda 0 ədəd, Apreldə 97 min ədəd, Mayda 247 min ədəd, İyunda 43 min ədəd təşkil etmişdi.

İyun ayı ilə müqayisədə İyulda sosial kartların sayı 50 min ədəd artaraq 2 milyon 654 min ədədə, əməkhaqqı kartlarının sayı 11 min ədəd artaraq 2 milyon 157 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 79  min ədəd artaraq 1 milyon 542 min ədədə çatıb, kredit kartlarının sayı isə 18 min ədəd azalaraq 779 min ədədə düşüb.  

2018-ci ilin sonu ilə müqayisədə isə yanvar-iyul ayları ərzində (7 ayda) cəmi ödəniş kartlarının sayı 621 min ədəd, o cümlədən sosial kartların sayı 132 min ədəd, əmək haqqı kartlarının sayı 117 min ədəd, sosial kart və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı isə 453 min ədəd artıb. Kredit kartlarının sayı isə 81 min ədəd azalıb.