Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda KOB Evi açılıb

Azərbaycanda KOB Evi açılıb

96
Paylaş

Azərbaycanda “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) şəbəkəsinin bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur.

Bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Bakıdakı “KOB Evi”nin açılışında çıxış edən qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, “KOB Dostu” rəhbərlik etdiyi qurumun fəaliyyətinin daha da yaxşılaşdırılmasında, kiçik və orta sahibkarlığın inkişafında böyük rol oynayacaq.