Azərbaycanda keçmiş bankir holdinq yaradıb

Date:

Paylaş:

Vergilər Nazirliyi eyni adlı 4 şirkəti dövlət qeydiyyatına alıb.

Söhbət “Abrar Consulting”, “Abrar Med” və “Abrar Investment” MMC-lərdən, eləcə də onları bir çətir altında birləşdirəcək “Abrar Group” MMC-dən gedir.

Bunlardan sonuncunun nizamnamə kapitalı 2 000 manat, digər 3 şirkətin nizamnamə kapitalı isə 1 000 manatdır. Onlar eyni hüquqi ünvanda – Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsi, ev 44/46-da qeydiyyatdan keçib. 4 kommersiya qurumunun hamısının qanuni təmsilçisi Heydər Rza oğlu İbrahimovdur.

Xatırladaq ki, H.İbrahimov keçmiş bankirdir. O, 1988-ci ildə Bakıda “Universal Bank”ı təsis edib. Bu maliyyə qurumu 2001-ci ildə adını “Kövsər Bank”a, 2014-cü ildə isə “Synergy Group”a satılması ilə əlaqədar adını “Caspian Development Bank”a dəyişib, 2017-ci ildə isə “Atabank” ASC-yə birləşib. Yeri gəlmişkən, yeni şirkətlərin hüquqi ünvanı vaxtilə “Kövsər Bank”ın baş ofisinin yerləşdiyi ünvanla eynidir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...