Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda ixracat 5% artıb

Azərbaycanda ixracat 5% artıb

178
Paylaş
ixrac
ixrac

2019-cu ilin yanvar-avqust ayları ərzində ölkəmizin ixracı 13,5 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 633 milyon ABŞ dolları və ya 5 faiz artıb”.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin sentyabr sayında qeyd edilib.

İcmalın bu sayında göstərilir ki, bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 277 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirilib. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac 184 milyon ABŞ dolları və ya 17 faiz artıb.

Bu ilin yanvar-avqust ayları ərzində Rusiyaya 427,1 milyon, Türkiyəyə 278,6 milyon, İsveçrəyə 111,5 milyon, Gürcüstana 110,4 milyon və İtaliyaya 33,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 8 ayında Rusiyaya qeyri-neft ixracı 14 faiz, Türkiyəyə 12 faiz, İsveçrəyə 21 faiz, Gürcüstana 25 faiz və İtaliyaya 2,4 dəfə artıb. Eyni zamanda qeyri-neft sektoru üzrə ixracın dəyərində Rusiyaya (33,4 faiz), Türkiyəyə (21,8 faiz), İsveçrəyə (8,7 faiz), Gürcüstana (8,7 faiz) və İtaliyaya (2,6 faiz) göndərilən malların payı üstünlük təşkil edib.

2019-cu ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (141,5 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 107,7 milyon ABŞ dolları) ikinci və pambıq mahlıcı (85,1 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.