Əsas səhifə Hüquqi məsələlər Azərbaycanda işçi vizası üzrə yeni rüsumlarım siyahısı müəyyən olunub

Azərbaycanda işçi vizası üzrə yeni rüsumlarım siyahısı müəyyən olunub

95
Paylaş
Visa
Visa

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsinə dair sənəddə qeyd edilir.

Dəyişiklikdə deyilir,

“18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:
18.58.1. on iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.1.1. 3 ayadək – 700 manat;
18.58.1.2. 6 ayadək – 900 manat;
18.58.1.3. 1 ilədək – 1400 manat.
18.58.2. on beş iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.2.1. 3 ayadək – 500 manat;
18.58.2.2. 6 ayadək – 700 manat;
18.58.2.3. 1 ilədək – 1200 manat.
18.58.3. iyirmi iş günü müddətində verildikdə və ya müddəti uzadıldıqda
18.58.3.1. 3 ayadək – 350 manat;
18.58.3.2. 6 ayadək – 600 manat;
18.58.3.3. 1 ilədək – 1000 manat.”.