Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda iş adamı biznes tərəfdaşlarını aldadaraq ölkədən çıxıb

Azərbaycanda iş adamı biznes tərəfdaşlarını aldadaraq ölkədən çıxıb

167
Paylaş

Əslin Pakistandan olan, iş adamı, Azərbaycanda «Headstart» kursunun rəhbər və digər bizneslərin iştirakçısı olan Syed Muhammad Ali Şah – Seyid Əli tanışlarından və biznes tərəfdaşlarından aldığı pullarla ölkədən qaçıb.

Bu barədə Seyid Əlinin zərər vurduğu şəxslər məlumat verib. Sayı 50 nəfərdən artıq olan şikayətçilərin sözlərinə görə, adı çəkilən şəxs onların ümumilikdə 1-1,5 milyon dollara yaxın pulunu ələ keçirib və müxtəlif şübhəli layihələrdə istifadə etmək adı ilə xərcləyərək ölkədən qaçıb.

Zərərçəkənlər bildirir ki, zərərin məbləği ayrı-ayrı şəxslərdə bir neçə min dollardan bir neçə yüz min dollaradək dəyişir: «Pullar 2014-2019-cu illərdə təqribən 5 il ərzində bizim etibarımızdan sui istifadə edərək müxtəlif səbəblərlə – biznesə şəriklik, gəlir qazanmaq və sair adı ilə alınıb».

Alınan pulların bir hissəsi qaytarılsa da, böyük hissəsi qaytarılmayıb. Zərərçəkənlər hesab dir ki bu pullar da başqalarının etibarını qazanmaq üçün qaytarılıb.

Zərərçəkənlər bildirir ki, Seyid Əlini 9-10 ildir ki, nomal insan kimi tanıyıblar, ona görə də onlardan pul istəniləndə tərəddüd etmədən ödəniş ediblər. Amma  ötən ilin sonundan pulların qaytarılmasında gecikmələr və problemlər yaranıb. Müraciətlərin artdığı və pulunu geri istəyənlçrin sayının çoxaldığını görən Seyid Əli 2019-cu il martın 19-da telefonunu söndürərək xaricə ölkəyə qaçıb. Onun hansı ölkədə olduğu bilinmir, amma zərərçəknələr onun ya Türkiyədə, ya da BƏƏ-də olmasını güman edilir.

Şikayətçilər əmindir ki əslində bu adamın zərər vurduğu şəxslərin sayı daha çoxdur və bu məsələ ictimailəşədnsonra onlar da ortaya çıxaracaqlar. Zərərçəkənlər artıq tədbir görülməsi üçün Daxili İşlər Naziri və Baş Prokurora müraciət ediblər. Onlar nazirdən və baş prokurordan məsələnin araşdırılması, cinayət işi qaldırması və həmin şəxsin tutularaq ölkəyə gətrilməsini xahiş edirlər.

Zərərçəknələr arasında Seyid Əlini 10-15 ildir ki, tanıyan şəxslər var. Onların əksəriyyəti onun yanında ingilis dili və mühasibət kurslarna gedənlərdir. Əksəriyyət onun insani münasibətindən razılıq edir və şübhələnməyə əsaslarının olmadığını bildirirlər. Məhz buna görə, həmin şəxsin pul istəmək xahişi onlarda şübhə doğurmayıb və onlar şübhələnmədən pullarını ona veriblər.

«Dedi ki mənə 1-2 aylığa 9-10 min dollar pul lazımdır, kursumu genişləndirmək üçün. Üstündə faiz də verirəm. Amma mən faiz istəmədim, sadəcə xahiş etdim ki, vaxtında qaytarsın, çünki öz kreditimi qaytarmalıydım, ona 4500 dollar verdim. Amma deylən tarixdə qaytarmadı, müxtəlif bəhanələrlə uzatmağa başladı və 2500-ə yaxın pul qaytardı. Qalan pul batdı»-deyə zərərçəkənlərdən biri bildirir. 

«Bizə dedi ki, çəlləklər satılır, çox sərfəli əməliyyatdır, minlərlə çəllək var. Birinin üstündə 5-10 dollar qazanc var. Müxtəlif vədlərlə bizdən 70 min dollar pul aldı. Mən onun üçün dostumdan da pul almışdım. Bizə dedi ki, pulu birdəfəyə qaytara bilmirəm, gəl hər ay sizə dividend verək – 2-3 min dollar. Amma sonra qaçdı».

«Bizdən linoleum biznesi üçün pul götürüb, 10 min dolları notarius vasitəsilə verdik. Notariusda ona dedilər ki, bilirsən də pulu qaytarmasan sən nə gözləyir? Dedi bilirəm, amma sonra pulu qaytarmadı».

Borcverənlər Seyid Əlinin ölkədən qaçdığından Novruz Bayramı ərəfəsində xəbər tutublar. Telefonlarına zəng çatmayandan sonra onun çalışdığı «Headstart» şirkətinə müraiət ediblər ordan isə Seyid Əlinin ölkədə olmadığı bildirilib. Zərərçəkənlər müxtəlif yollarla öyəniblər ki, həmin şəxs martın 19-da Bakıdan İstanbula uçub.

Yeri gəlmişkən, bəzi zərərçəknələrdən pullar hətta «Headstart»ın adına götürülüb, yəni müqavilə həmin şirkətin adından bağlanılıb

Zərərçəkənlərdən biri hətta başqalarından borc alaraq Seyid Əliyə ümumilikd 310 min manata yaxın pul verib. Bu pulların 240 mini qaytarılsa da, qalanı qalıb və buna görə, zərərçəkən ağır duruma düşüb: «Məndən borclarını istəyirlər, borclarımı qaytarmaq üçün əmlakımı satmalıyam».

Zərərçəkənlər bildirir ki, xaricə qaçandan sonra Seyid Əli ilə danışmağa nail olublar. O vəziyyətin pis olduğunu, pluunun olmadığını və borclarını tezliklə qaytara bilməyəcəyini bildirib. Amma təklif edib ki, Bakıdakı şirkət işləsə, borclarını hissə hissə qaytarsın: «Bizə dedi ki, ayda 10 min dollardan qaytara bilər, əvvəlcə kiçik borcları, sonra isə böyükləri, amma güzəşt olmaqla». Zərərçəkənlər bu plana inanmayıblar və bildirirlər ki, qarşı tərəf bununla vaxt udmaq istəyir.

“Headstart” şirkətindən  Seyid Alinin ölkədə olmadığını və onunla əlaqə saxlamaq mümkün olmadığını təsdiqləyiblər. Burada bildirirlər ki, şirkətin rəhbərliyi ilə sonuncu dəfə Novruz Bayramından əvvəl danışıblar, amma bayramdan sonra o işə çıxmayıb. Bununla əlaqədar olaraq Seyid Əlinin özünün aparacağı təlimlər də ləğv edilib.

Şirkətin elanlarında göstərilir ki, Syed Ali müəllim maliyyə və mühasibatlıq xüsusilə də ACCA və CIMA kvalifikasiyaları üzrə Azərbaycanın ən tanınmış təlimçilərindən biridir. O maliyyə və mühasibatlıq üzrə 20 illik iş təcrübəsinə malikdir.

«Syed Ali müəllim telekommunikasiya, neft və qaz sektoru üzrə fərqli beynəlxalq şirkətlərin maliyyə və mühasibatlıq şöbələrinin rəhbəri kimi çalışmışdır. 16 illik təlimçi karyerası boyunca Syed Ali müəllim ACCA və CIMA imtahanlarına hazırlaşan minlərlə fiziki şəxslərə dərs demiş və həmin tələbələr imtahanlarda yüksək dərəcələr göstərərək, öz professional karyelarında nəzərəçarpacaq yüksəlişlər etmişlər Syed Ali müəllim 5 il (2006 -2011) Xəzər Universitetində MBA üzrə tələbələrə dərs demişdir. Həmçinin O 2008-2011 ci illər ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin “Xüsusi İstedadlar Qrup”-unda müəllim kimi tələbələrə öz tövhələrini vermişdir. Bundan əlavə Syed Ali müəllim 2009-cu ildən 2011-ci ilə qədər PwC-nin( Dünyanın ən böyük 4 Audit şirkətlərindən biri) Azərbaycandakı rəsmi təlimçisi statusuna malikdir»-deyə məlumatda bildirilir.

Son məlumata görə, «Headstart» şirkəti də fəaliyyətini dayandırıb. Şirkətin «World Business Center»dəki ofisi artıq bağlanıb.