Əsas səhifə Biznes sahələri Texnologiya Azərbaycanda internetin zəif olması. İnternet sürətinin göstəriləndən zəif və qeyri stabil olması....

Azərbaycanda internetin zəif olması. İnternet sürətinin göstəriləndən zəif və qeyri stabil olması. İnternetin sürətinin artırılması.

1240
Paylaş

Azərbaycanda internetin zəif olması. İnternet sürətinin göstəriləndən zəif və qeyri stabil olması. İnternetin sürətinin artırılması.

Hörmətli saytımızın istifadəçiləri. Bu dəfə sizə, son zamanlar ən aktual olan problemlərdən biri Azərbaycanda internet sürəti və internetin qeyri stabil işləməsi barədə qısa da, olsa məlumat verəcəyik. İlk öncə nəzərinizə çatdırım ki, internet toru günü gündən genişlənir və istifadə resursları günü-gündən həcmi artırmaqdadır. Bir neçə il yüngül html səhifəli portallar mövcud idisə, indi asp, php və digər proqramlaşdırılmış veb resurslardan istifadə etdikcə həm internet sürəti daha çox tələb olunu həm də, istifadə traffiki çox olur. İndi inkişaf etmiş ölkələrdə internetə qoşulmaq elə də, problemli bir iş deyil.

Azərbaycanda və Bakıda isə son zamanlar hamını narahat edən və hamını yoran bir məsələ vardır. İntertin sürətinin az olması. İnternetin günün vaxtlarından asılı olaraq gah normal, gah da anormal işləməsidir. Bunun əsas səbəbkarı kimi provayderlər göstərilir. Hardasa bu fikirlə məndə razıyam əsas problem provayderdə ola bilər. Yüklənmə, istifadəçi çox olanda istər istəməz sürətə təsir edə bilir. Lakin burada bir nüans var. Niyə 1 saatın içində gah normal gah da, anormal çalışır. Bu məsələdə provayderlərdən ziyadə ən əsas problem və internetin keyfiyyətini aşağı salan, qeyri stabil çalışan son istifadəçi qurğularıdır. Son zamanlar Azərbaycan bazarında ən çox satılan və problemlərin yaranmasında birinci növbədə səbəbkarlardan biri də TP-Link ADSL modemləri və ya Routerləridir. Bu brand ümumilikdə dünyaca məhşur şirkətdir.İstehsal etdiyi müxtəlif şəbəkə avadanlıqları yüksək seqment və səviyyədə olur. Lakin burada bir nüans var. Ölkəmizə idxal edilən TP-Link ADSL və TP-Link routerləri, çox aşağı səviyyəli və keyfiyyətsizdirlər. Qiymət ucuz olsun deyə və bazarda qeyri sağlam rəqabətə görə sifariş edilərkən istehsalçıdan israrla aşağı qiymət tələb edilir. Məhz bu səbəbdən istehsalçı keyfiyyətsiz, standartlara cavab verməyən və qısa müddət çalışa bilən modellər istehsal edir ki, daha ucuz olsun. Əvvəllər satılan modemin qabaritləri indi eyni modeldə 10-15 sm kiçilib. Bu özü artıq xəbər verir ki, içindəki bir çox detal oradan yığışdırılıb.

Məhz bu səbəbdən 4-5 il əvvəl alınan qurğularda internet daha stabil olur nəinki yeni qurğularda. İnternetin sürətinə birbaşa təsir edən qurğu, istifadəçi ilə provayder arasındakı əlaqəni yaradan qurğu ya modem yaxudda router olur. Bəzən ayrılmış xətt istifadə edənlər belə internetin qeyri stabil işləməsindən şikayətlənir. Hörmətli saytımızın istifadəçiləri, əgər əsəblərinizin pozulmasını və vaxtınızı stresslə keçirmək istəmirsinizsə onda ev və ya ofisinizə modem, router alarkən TP-Link yox, digər brandlara üstünlük verin. Zyxel, ASUS, Linksys, DryTek bu şirkətlərin istehsal etdiyi avadanlıqlar daha yüksək keyfiyyətli və daha stabil çalışır. Uzun müddət internetdən istifadə edilən obyekt, qurum və ya evlərdə məhz bu firmaların istehsal etdiyi qurğulardan istifadə edin.

Daha çox istifadəçi qoşulan anda, internetin tamamən dayanması.

Bu hal adətən 6 7 istifadəçinin qoşulması zamanı baş verir. Bunun əsasə səbəbi ötürücü qurğunun (ADSL Modem və ya Router) zəif olması ilə əlaqədardır. Ucuz qiymətə olan modellər adətən 30-40 dəqiqə stabil çalışırlar. Çünki qiymət ucuz olduğuna görə prosessoru və yaddaşı zəif olur. Kiçik həcmli yaddaş dolandan sonra modemlər artıq sürətli əlaqə qura bilmir. Adətən belə olan anda modem və ya routeri söndürüb yandırmaqla yenidən bir müddət stabil çalışmaq olar. Bu isə çıxış yolu deyildir. Məhz bu səbəbdən ciddi qurumlar, banklar və ya çox müştərisi olan iaşə obyektləri internet üçün modem alarkən daha bahalı, daha güclü modellərə üstünlük verirlər. Bahalı model sadəcə antena sayı və modelin qabaritlərinə görə təyin edilmir. Məhz daxili prosessor və yaddaşın gücünə görə qiymətləndirilir.

Cavid Talıbov
CEO CompStore.az