Əsas səhifə Biznes Azərbaycanda ilk kripto valyuta məlumat mərkəzi açılıb

Azərbaycanda ilk kripto valyuta məlumat mərkəzi açılıb

4207
Paylaş
bitcoin hesabı açmaq

“Baku Mall” Ticarət və Əyləncə Mərkəzində Azərbaycanda ilk kripto valyuta məlumat mərkəzi  (“e- DİNAR Coin”)  açılıb.

“Marja” xəbər verir ki, mərkəzin  rəhbəri Qurbanəli Ömərdir.

Kripto valyuta birjasından danışarkən o bildirib ki, dünyanın ilk kripto valyutası olan “Bitcoin” artıq həm ən dəyərli, həm də ən işlək valyutaya çevrilib:

“Bundan başqa “coinmarketcap” ın məlumatına görə dünyada 700- dən artıq gerçək kripto valyuta var ki, müxtəlif birjalarda “exchange” olunur və ayrı- ayrı “online” və “offline” ticarət mərkəzlərində tədavül vasitəsi kimi qəbul olunur. “ e- DİNAR Coin” də məhz bunlardan biridir. Bu digital valyutanın hazırda 9 ölkədə rəsmi məlumat mərkəzləri var”.

O vurğulayıb ki, yaxın günlərdə bu sektorun faydalı və riskli tərəfləri haqda insanları maarifləndirmək üçün təlim və seminarlara başlanacaq.

“e- DİNAR Coin” 18 birjada iş görən 21- ci əsrin ən müasir kripto-valyutasıdır. Siz dünyanın bir neçə ölkəsində rəsmi ofisi olan və pul vahidi kimi qəbul edilən bu digital valyutanın coinmarketcap.com saytından gündəlik məzənnəsi ilə tanış ola, exchange saytları ilə isə anında pulunuzu dollara, avroya və Bitcoinə çevirə bilərsiz.

Hazırda “e- DİNAR Coin”in qiyməti 0.09 dollardır. Bu virtual valyutaya investisiya yatıranlar ilin sonunda onun dəyərinin 2 dollara çıxacağını gözləyirlər.

Bitcoin nədir?