Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda güclü yanğın: ticarət obyektləri külə döndü – VİDEO – FOTOLAR

Azərbaycanda güclü yanğın: ticarət obyektləri külə döndü – VİDEO – FOTOLAR

47
Paylaş

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Belə ki, küçədə yerləşən şirniyyat evi, aptek və gözəllik salonu yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Bərdə rayon yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

Yanğının digər mağazalara keçməsinin qarşısı alınıb. Hadisə zamanı küçədə avtomobilin hərəkəti dayandırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. Qafqazinfo.