Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanda elektron ticarətin artımı 90 faizdən çox olub

Azərbaycanda elektron ticarətin artımı 90 faizdən çox olub

80
Paylaş

2019-cu ilin ilk doqquz ayı ərzində Azərbaycanda elektron ticarətin həcmi 91% artaraq 2,2 milyard manat təşkil edib.

Qeyd edək ki, bunu Mərkəzi Bankın İdarə heyəti sədrinin birinci müavini Alim Quliyev deyib.

O bildirib ki, Azərbaycanda elektron ticarət sahəsi sürətlə artır və bu artım həmin sahənin əlavə dəyər vergisindən (ƏDV) azad edilməsini sürətləndirə bilər.

A.Quliyev əlavə edib ki, hazırda elektron ticarətə tətbiq olunan ƏDV 18 faizə bərabərdir.