Əsas səhifə Biznes sahələri Turizm Azərbaycanda ekoturizm biznesi inkişaf etdiriləcək – YENİ KONSEPSİYA hazırlanır

Azərbaycanda ekoturizm biznesi inkişaf etdiriləcək – YENİ KONSEPSİYA hazırlanır

283
Paylaş
Turizm
Turizm

Azərbaycanda ekoturizmə maraq artır. Yalnız milli parklarda həyata keçirilən ekoturizm təbiətdən zövq almaq və onu dərk etmək məqsədi daşıyır. Ölkəmizdə ekoturizmin inkişafı üçün potensial var. Azərbaycanda iki ay ərzində yeni ekoturizm konsepsiyası hazırlanacaq. Hazırda xarici ekspertlərlə birlikdə bu istiqamətdə işlər aparılır.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə məlumat verib.

“Dövlət Turizm Agentliyinin dəvəti ilə bu yaxınlarda ölkəmizə almaniyalı ekspert gələrək milli parklarla tanış olub. Apreldə isə Çexiyadan mütəxəssisin gələcəyi gözlənilir. O, bizə milli parklarda nişanlama işlərinin aparılmasına kömək edəcək”, – deyə departamentin direktoru bildirib.