Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı etdiyi sorğuların sayı azalıb

Azərbaycanda dövlət qurumlarının kibertəhlükəsizliklə bağlı etdiyi sorğuların sayı azalıb

34

Bu ilin noyabr ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı oktyabr ayı ilə müqayisədə 20,5% azalaraq 421 ədəd təşkil edib.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən verilən məlumata görə, noyabr ayı ərzində mərkəzə daxil olan sorğulardan 94,5%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, cari ilin noyabr ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 1 domen və 12 subdomen qeydiyyatdan keçib.

Ümumilikdə, cari ilin yanvar-noyabr aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 3917 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 93,4%-i baxılıb və təmin edilib. Yanvar-noyabr ayları ərzində Azərbaycanın internet seqmentində 43 domen və 96 subdomen qeydiyyata alınıb.

Rəy bildir

Please enter your comment!
Please enter your name here