Azərbaycanda Çin istehsalı smartfonların qiyməti bahalaşıb

Date:

Paylaş:

“Azərbaycanda Çin istehsalı olan smartfonların qiymətlərində təxminən 5%-dək artım müşahidə olunur və bazarda bu məhsulun ehtiyatı tükəndikcə qiymətlər daha da arta bilər”.

Bunu “MiMobile” şirkətinin İdarə Heyətinin üzvü Cümşüd Əliyev deyib.

Onun sözlərinə görə, hazırda bazarda qiymətlərin artması daha çox spekulyativ xarakter daşıyır: “Tələbin stabil qalaraq, təklifin isə azalması səbəbindən bazar iştirakçılarının əksəriyyəti bu fürsətdən istifadə edib, qiymətləri qaldırırlar. Bu hal, hələ ki, pərakəndə qiymətlərə təsir etməsə də, topdansatış qiymətlərdə müşahidə olunur. Koronavirusun yayılması səbəbindən Çində zavodlar yanvar ayından istehsalı dayandırıb, tətilə çıxıblar. Onların fəaliyyətinin fevralın 20-dən sonra bərpa olunacağı gözlənilir. O vaxtadək və boş anbarlar sifarişləri alanadək məhsul təchizatında qıtlıq yaranacaq”.

Şirkətin İdarə Heyətinin üzvü əlavə edib ki, istehsalçılar işləmədikləri müddətdə dəyən ziyanı məhsulun qiymətinə əlavə edəcəklər. Bu isə o deməkdir ki, gələcəkdə həm komponentlərin, həm də hazır məhsulun qiymətində artım ola bilər.

“Hazırda yerli idxalçılar alternativ variantlar axtarır və artıq ölkəyə Hindistanda istehsal olunan məhsullar gətirilir. Bunlar xüsusilə “Xiaomi”nin Hindistandakı zavodlarında istehsal olunan smartfonlardır. Bu cihazlar keyfiyyət baxımından digər zavodlarda istehsal olunan məhsullardan geri qalır. Alıcılar buna diqqət yetirməlidir”, – deyə C. Əliyev bildirib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...