Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda çay idxalı ixracı 9 dəfə üstələyib

Azərbaycanda çay idxalı ixracı 9 dəfə üstələyib

78
Paylaş

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ümumi dəyəri 6 205,02 ABŞ dolları olan 966,7 ton çay ixrac edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk səkkiz ayında Azərbaycandan xaricə ixrac edilən çayın dəyəri 3,3%, həcmi isə 9,1% artıb.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında çayın ümumi ixracdakı payı cəmi 0,05% təşkil edib.

Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 34 251,47 min dollar təşkil edən 8 733,7 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi, demək olar ki, dəyişməsə də (cəmi 0,01% azalma), dəyəri 1,2% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,37% təşkil edib.

Göründüyü kimi, cari ilin ilk səkkiz ayında Azərbaycanda çay idxalı ixracı 9 dəfə üstələyib.