Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda bu ölkənin 170 şirkəti fəaliyyət göstərir

Azərbaycanda bu ölkənin 170 şirkəti fəaliyyət göstərir

88
Paylaş

Azərbaycanda Hindistan kapitalı ilə 170 şirkət fəaliyyət göstərir.

Bizplus.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov deyib.

O, həmçinin yaxın gələcəkdə bu rəqəmin 2 dəfə artacağına ümid etdiyini qeyd edib.

İki ölkə arasında qarşılıqlı investisiya qoyuluşunun artması mövzusunda danışarkən V.Zeynalov bildirib ki, bu istiqamətdə turizm perspektivli sahələrdən biridir:

“Məsələn, ilin əvvəlindən Azərbaycan Hindistandan 40 min turist qəbul edib”.

Konfederasiyanın vitse-prezidenti ikitərəfli münasibətlərin inkişafı üçün daha bir sahənin informasiya-telekommunikasiya texnologiyaları olduğunu da vurğulayıb.