Əsas səhifə Biznes sahələri Avtomobil Azərbaycanda bu avtomobilə sifariş rekord qırır

Azərbaycanda bu avtomobilə sifariş rekord qırır

60
Paylaş

Ölkədə ən çox gözlənilən avtomobil modeli – Volkswagen Touareg üçün önsifarişlərin sayı ajiotaj yaradıb.

Əldə edilən məlumata görə, avtomobilin ön sifarişlərinin elan olunduğu ilk 3 gündə ilk gətiriləcək bütün avtomobillər (1 TIR) artıq satılıb.

Maraqlı məqam burasındadır ki, avtomobillərin istehsalına bu həftə başlanılacağına baxmayaraq, azərbaycanlı sahibləri artıq onları gözləyirlər.

Babək prospektində yerləşən Volkswagen Bakı Mərkəzi flaqman model üzrə sifarişləri qəbul etməkdə davam edir, lakin Volkswagen həvəskarları avtomobilin sifarişi ilə bağlı tələsməlidirlər, yoxsa istədikləri avtomobili daha gec əldə edə biləcəklər.

Qeyd edək ki, Volkswagen öz yenilənmiş Touareg modelini 2018-ci ilin ortalarında təqdim edib, o dövrdən avtomobil həm mükəmməl dizaynı, həm də dözümlülüyü və keyfiyyəti ilə Avropa bazarını ələ keçirib. Azərbaycana həmin ilin sonlarından gətirilməyə başlayan model çox böyük maraq qazanmış, avtomobillər üzrə illik kvota ilin ortalarında bitmişdir. Hal-hazırda da həmin mənzərənin yaşanması, həmin avtomobil sahiblərinin avtomobil barədə müsbət fikirlərinin və həmin modelin özünü doğrultmasının bariz nümunəsidir.