Əsas səhifə Xəbərlər Digər xəbərlər Azərbaycanda 80-dək xarici televiziya ödənişsiz olacaq

Azərbaycanda 80-dək xarici televiziya ödənişsiz olacaq

25
Paylaş

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi “Evdə qal” kampaniyasına dəstək verdi. Xüsusi karantin rejimi dövründə respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz olmaqla əlavə edildi.

Bu gündən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində DVB-T2 standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının yayımlandığı çoxproqramlı televiziya yayımı ödənişsiz açıq olacaq.

Məqsəd isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı özünütəcrid müddətində əhalinin daha çox informasiya əldə etməsinə şərait yaratmaqdır.