Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda 3 sığorta şirkətinin balans kapitalı nizamnamə kapitalından azdır

Azərbaycanda 3 sığorta şirkətinin balans kapitalı nizamnamə kapitalından azdır

111
Paylaş

Bu il yanvarın 1-nə olan vəziyyətə görə, “Naxçıvan Sığorta” ASC istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 20 sığorta şirkətindən 3-nün balans kapitalı nizamnamə kapitalından azdır.

Bu, araşdırma nəticəsində məlum olub.

Həmin şirkətlər “Standard Insurance” Sığorta Şirkəti, “Atasığorta” və “AXA MBask” Sığorta Şirkəti ASC-lərdir. Başqa sözlə, həmin şirkətlər  fəaliyyətdə olduqları müddətdə nizamnamə fondlarına qoyulmuş kapitaldan “yeyiblər”. Qalan 17 şirkət isə kapitalını artırmağı bacarıb.

Sığorta şirkətlərinin kapitalındakı azalma və artım müxtəlif məbləğlərdə olub.
 

Sığorta şirkətinin adı

Şirkətin balans kapitalı ilə

nizamnamə kapitalının fərqi

(milyon manatla)

1

PAŞA Sığorta

24,997

2

PAŞA Həyat Sığorta

21,354

3

Azsığorta

14,101

4

Atəşgah Həyat Sığorta

12,360

5

Meqa Sığorta

9,343

6

Qala Həyat Sığorta

7,826

7

İpək Yolu Sığorta

7,477

8

Atəşgah Sığorta

6,943

9

Azərsığorta

6,061

10

A-Qrup Sığorta

3,106

11

Rəvan Sığorta

3,792

12

Xalq Sığorta

2,283

13

Azərbaycan Sənaye Sığorta

0,522

14

Amrah Sığorta

0,452

15

Qala Sığorta

0,355

16

Baku Sığorta

0,353

17

Günay Sığorta

0,190

18

AXA Mbask

-1,036

19

Atasığorta

-5,493

20

Standard Insurance

-5,753

21

Naxçıvan Sığorta

Açıqlamayıb

 

Cəmi

109,232