Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycanda ən böyük ət kəsim müəssisələrindən biri inşa edilir

Azərbaycanda ən böyük ət kəsim müəssisələrindən biri inşa edilir

176
Paylaş

Xaçmazda ölkənin ən böyük ət kəsim müəssisələrindən biri inşa edilir.

Yeni tikilən müəssisə gündəlik 400-500 baş xırdadırnaq, 300 baş isə iribuynuzlu heyvanın kəsimini və çeşidləməsini aparmaq gücünə malik olacaq.

5 ay öncə tikintisinə başlanılan kəsim məntəqəsində heç bir tullantı olmadan satış həyata keçiriləcək.

ISO standartlarına cavab verən kəsim məntəqəsi üçün avadanlıqlar Türkiyə, Almaniya və Avstraliyadan gətirilir. May ayının sonlarından etibarən, müəssisə İran, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Çinə ət və ət məhsulları ixrac edəcək.
 
İlkin olaraq, müəssisədə 50 nəfər əməkdaşın çalışacağı bildirilir.

Sözügedən müəssisənin işə başlaması yol kənarında antisanitar formada ət kəsiminin də qarşısını alacaq. Artıq sahibkarlar kəsimi sözügedən müəssisədə aparacaqlar.