Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycanda ən az iş saatı təhsil sahəsinin payına düşüb

Azərbaycanda ən az iş saatı təhsil sahəsinin payına düşüb

64
Paylaş

Azərbaycanda ümumi olaraq 2019-cu ilin yanvar-noyabr aylarında iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq iş saatlarının miqdarı 155 saat 24 dəqiqə olub ki, bu da öncəki illə müqayisədə 6 dəqiqə daha az olması deməkdir.

Bizplus.az xəbər verir ki, saatlar üzrə illik müqayisədə ən çox artım inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsi üzrə düşüb. Bu sahənin işçiləri öncəki illə müqayisədə bu il 3 saat 6 dəqiqə daha çox işləməli olublar – 154 saat 6 dəqiqə.

Lakin, ölkə üzrə orta aylıq saata görə ən çox ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə çalışanlardır ki, bu sahədə çalışanlar geridə qoyduğumuz ildə az qala ortalama 160 saat ay üzrə işləməli olurlar.

Emal sənayesi üzrə çalışanların orta aylıq iş saatları isə öncəki illə müqayisədə 2 saat 42 dəqiqə daha az (147 saat 56 dəqiqə) olub. Bu illik müqayisədə orta aylıq iş saatlarında ən çox azalmanın baş verdiyi sektordur.

Ölkə üzrə on aylıq iş saatının həcminə görə ən az təhsil sahəsini əhatə edir. Bu sektor üzrə çalışanların orta aylıq iş saatı 144 saat 42 dəqiqədir.