Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycana valyuta gətirən şirkətlərin siyahısı açıqlanıb

Azərbaycana valyuta gətirən şirkətlərin siyahısı açıqlanıb

300
Paylaş
manat və dollar
manat və dollar

“İxrac icmalı”nın növbəti buraxılışında bu ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi açıqlanıb. İcmala əsasən, qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər yer alıb:

  • “MKT İstehsalat Kommersiya” MMC;
  • “Socar Polymer” MMC;
  • “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi;
  • “Caspian enerji-2020” MMC;
  • “P-Aqro” MMC;
  • “Food Export Şəmkir” MMC;
  • “Sun Food” MMC;
  • “Baku Steel Company”;
  • “Nine Climate” MMC;
  • “Aqrovest” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Siyahıda ikinci yerdə “Azərenerji” ATSC, üçüncü yerdə isə “Azəralüminium” MMC durur.