Əsas səhifə Biznes sahələri Avtomobil Azərbaycana elektrobus gətiriləcək

Azərbaycana elektrobus gətiriləcək

257
Paylaş

“Belkommunmaş” ASC Azərbaycana iri tutumlu 4 elektrobus tədarükünə hazırlaşır. Bu barədə ASC-nin saytında məlumat verilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının Belarus müəssisəsinə səfəri zamanı müvafiq razılıq əldə olunub.

“Azərbaycanın Gəncə şəhərinin meri və “Gəncə Avtomobil Zavodu” İB-nin nümayəndələri “Belkomunmaş” müəssisəsində olublar”, – məlumatda deyilir.

Azərbaycanın nümayəndə heyəti müəssisədə texnikanın yığılması prosesi ilə tanış olub. Tərəflər Belarus və Azərbaycanın avtomobil müəssisələri arasında əməldaşlıq imkanlarını müzakirə ediblər.

“GAZ”-ın icraçı direktoru Kamran Nəzərov və “Belkommunmaş”ın baş direktoru Vladimir Korol 2019-cu ildə Gəncədə pilot elektrobus marşrutunun istifadəyə verilməsi məqsədilə E321 model iri tutumlu 4 elektrobusun tədarükü və gələcəkdə “Gəncə Avtomobil Zavodu”nun bazasında birgə eklektrobus istehsalının təşkilinə dair əməkdaşlıq haqqında saziş imzalayıblar.

Belarusun ictimai elektrikli nəqliyyat istehsalçısı olan “Belkommunmaş” şirkəti Azərbaycana 4 böyük tutumlu elektrobus təchizatına hazırlaşır.

Avtomobillər Gəncə şəhərində bunun üçün xüsusi hazırlanmış marşrut üzrə sınaqdan keçiriləcək.

Gələcəkdə yerli avtomobil zavodunda elektrobusların birgə yığılması istehsalına başlanacaq.

Qeyd edək ki, əməkdaşlıq sazişi Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyətinin Minsk müəssisəsinə səfəri zamanı imzalanıb.

© Report, İnterfax