Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri Azərbaycan I yarımillikdə Rusiyaya şərab ixracını 1,6 dəfə artırıb

Azərbaycan I yarımillikdə Rusiyaya şərab ixracını 1,6 dəfə artırıb

472
Paylaş

Azərbaycan 2018-ci ilin I yarısının yekunları üzrə $3 mln. 993,67 min dəyərində şərab və üzüm şirəsi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.

“I yarımillikdə Azərbaycan $3 mln. 993,67 min dəyərində 318,18 min dekalitr şərab və üzüm şirəsi ixrac edib. 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ixracın həcmi miqdar ifadəsində 2,5 dəfə, dəyər ifadəsində 1,8 dəfə artıb”, – deyə məlumatda bildirilir.

Hesabat dövründə şərabın əsas idxalçısı Rusiya olub. Belə ki, yanvar-iyun aylarında bu ölkəyə $2 mln. 996,52 min dəyərində 141,58 min dekalitr şərab və $544,01 min dəyərində 160,91 min dekalitr üzüm şirəsi ixrac edilib. 2017-ci ilin yanvar-iyun ayları ilə müqayisədə Rusiyaya şərab ixracının həcmi miqdar ifadəsində 1,6 dəfə, dəyər ifadəsində 1,85 dəfə artıb, üzüm şirəsinin ixracı dəyər ifadəsində 7 dəfə, dəyər ifadəsində 6,1 dəfə artıb.*