Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan xaricə Qarabağ atları ixrac edə bilər

Azərbaycan xaricə Qarabağ atları ixrac edə bilər

398
Paylaş

Bu il noyabrın 5-də açılışı olmuş Qarabağ Atçılıq Kompleksinin hesabına Azərbaycan Qarabağ atları ixrac edə bilər.

Bu barədə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

“Həmin kompleksdə atçılığın inkişafı ilə bağlı bütün tədbirlər – atların karantin zonasının yaradılması, vaxtaşırı müayinə və müalicə edilməsi, yarışlara hazırlanması, satışa çıxarılması nəzərdə tutulub. Məqsədimiz odur ki, bu sahəni inkişaf etdirək, o cümlədən ixrac üçün atlar yetişdirək və bununla da kompleksin gələrlərinin artımına nail olaq”, – deyə o, qeyd edib.

©Report