Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan və Rusiya arasında pomidor ixracı gözlənilir

Azərbaycan və Rusiya arasında pomidor ixracı gözlənilir

216
Paylaş

“Azərbaycan pomidor ixracında çətinliyin yaranmaması üçün Rusiya ilə danışıqlar aparır”

“Yaz aylarında Azərbaycanın pomidor ixracında yarana biləcək çətinliklərin aradan qaldırılması üçün Rusiya tərəfi ilə danışıqlar aparılır”.

“Bizplus.az”   “FED.az”  – a istinadla xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu gün Bakıda keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfransda bildirib.

Onun sözlərinə görə, pomidor ixracı Azərbaycan üçün çox önəmli məsələdir: “Prezident İlham Əliyevin bu məsələ ilə bağlı tapşırığı var. Bu səbəbdən də yaz aylarında Azərbaycandan pomidor ixracı ilə bağlı yarana biləcək çətinlik aradan qaldırılacaq. Bunun üçün artıq Rusiya tərəfi ilə danışıqlar aparılır”.