Əsas səhifə Startup Azərbaycan startupı Keepface Şimali Afrika və Ərəb ölkələri bazarına daxil oldu

Azərbaycan startupı Keepface Şimali Afrika və Ərəb ölkələri bazarına daxil oldu

1725
Paylaş
keepface

Son illər dünyada trend olan “Influencer Marketing” platformaları sürətlə artmaqdadır. Hətta buna “Reklamın yeni dövrü” deyə adlandıranlar da var.

Reklam posterlərini brendlər paylaşdıqda ona maraq çox az olur və məhəl qoyulmur. Ona görə hər kəs məhsul və xidmətin “ağızdan-ağıza” yayılmağını istəyir. Influencer Marketinq platformaları isə məzmunun viral  yayılması üçün bir başlanğıc ola bilir.

Keepface nədir?

Keepface müxtəlif markaların nüfuzlu sosial media istifadəçiləri və bloqerlər vasitəsilə öz istifadəçiləri ilə kommunikasiya qura bildiyi influenser marketinq platformadır. 2016-cı ildə fəaliyyətə başlayıb.

Keepface adlı layihə sevdiyiniz brendlər ilə işləməyə və onların sosial media kampaniyalarının bir parçası olmağa imkan yaradır.

keepface

Keepaface bu gündən artıq Şimali Afrika və Ərəb ölkələrində də fəaliyyətə başlayacaq. 

Bu barədə layihə rəhbəri Vaqif Abbasov məlumat verib.

Xatırladaq ki, keepface bir müddət əvvəl Gürcüstan bazarına daxil olub.