Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

Azərbaycan şirkətləri Çinə ixracı genişləndirir

328
Paylaş

“Prowine China” sərgisi çərçivəsində yeni ixrac müqaviləsi imzalanıb

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycanda istehsal olunan şərab və digər spirtli içki məhsulları Çin Xalq Respublikasının Şanxay şəhərində təşkil edilən “Prowine China” beynəlxalq şərab sərgisində nümayiş olunur.

Bizplus.az xəbər verir ki, sahəsi 120 kvadratmetr olan vahid ölkə stendində təqdim olunan 120 çeşiddən çox şərab və digər spirtli içkilər sərgi ziyarətçiləri, xarici şirkətlər tərəfindən böyük maraqla qaşılanır.

“Azəri Şərab” şirkəti Şanxayda faəliyyət göstərən şirkətlə spirtli içkilərin ixracına dair 3 milyon ABŞ dolları dəyərində müqavilə bağlayıb. Azərbaycanın “A+Co”, “Cəlilabad Şərab-2”, “Tovuz Baltiya”, “Merit-Brand”, “Şərq Ulduzu”, “Aspi-Aqro”, “Gəncə Şərab-2”, “Fireland” şirkətləri istehsal etdikləri məhsulların ixracına dair danışıqlar aparıb, ilkin razılıq əldə olunub.

“Şirvan” şirkətinin istehsal etdiyi məhsullar Yaponiya və Çindən olan şirkətlərin marağına səbəb olub və artıq məhsulların bu ölkələrə ixracına dair ilkin razılığa gəlinib.

Qeyd edək ki, “Prowine China” beynəlxalq şərab sərgisi bu gün başa çatır.