Əsas səhifə Xəbərlər Digər xəbərlər Azərbaycan şirkəti zərərlə işləməsinin səbəbini axtarır

Azərbaycan şirkəti zərərlə işləməsinin səbəbini axtarır

65
Paylaş

“İnşaat Konstruksiyaları Zavodu” ASC səhmdarları toplaşacaq.

Bizplus.az xəbər verir ki, 20 fevral 2020-ci il saat 11.00-da Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 2 nömrəli ünvanda “İnşaat Konstruksiyaları Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:
1. ASC-nin 2019-cu ildəki maliyyə – təsərrüfat fəaliyyətinə aid hesabatı.
2. ASC-nin gəlirlə işləməməsinin səbəblərinin araşdırılması, yeni maliyyə mənbələrinin cəlb edilməsi və ya fəaliyyətinin dayandırılması barədə məsələnin müzakirəsi.
3. Təşkilati məsələ.
4. Digər məsələlər.

Qeyd edək  ki, ASC 2019-cu ili zərərlə başa çatdırmış, mənfəət olmamış və dividend hesablanmamışdır.