Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan şirkəti ərəb ölkəsindən 50 TIR dondurma sifarişi alıb, ilk avtomobil yola...

Azərbaycan şirkəti ərəb ölkəsindən 50 TIR dondurma sifarişi alıb, ilk avtomobil yola salınır

268
Paylaş

“AER” ticarət nişanı altında məhsulların istehsalı ilə məşğul olan Azərbaycanın “AER Company Group” şirkəti İraqa növbəti dondurma ixracını həyata keçirir.

Şirkətin rəhbəri Adil Şərifov “Marja”ya bildirdi ki, bu gün bir yük avtomobilində (TİR) təxminən 15 ton dondurma İraqa yola salınır.

İraqda mövsum açılıb, havaların qızması ilə əlaqədar olaraq dondurmaya tələb atıb.

Adil Şərifov qeyd etdi ki, ilkin olaraq İraqdan 50 TİR dondurma sifarişi alınıb:

“2018-ci ildə “AER Company Group” şirkəti İraqa 17 TİR-da dəyəri 500 min dollar olan təxminən 350 ton dondurma ixrac edib. 2019-cu il üçün ilkin müqavilə 50 TİR-dır. Bu müqaviləyə əsasən təxminən 750 ton dondurmanın ixrac ediləcəyi gözlənilir”.

Şirkətin rəhbəri vurğuladı ki, “AER Company Group” şirkəti əksər satışını xarici bazarlarda qurmağı hədəfləyir: “AER Company Group” şirkəti məhsullarını yerli bazar əvəzinə, xarici bazarlara satmaqda daha maraqlıdır”.

Adil Şərifov əlavə etdi ki, 2019-cu ildə İraqa digər süd məhsullarının – pendir və ayranın da ixracı nəzərdə tutulur.

“AER Company Group” ötən illər Gürcüstana da məhsullarını ixrac edib. 2019-cu ildə Qazaxıstana da ixracının başlayacağı gözlənilir.