Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycan Rusiyadan 12 milyon dollarlıq şokolad idxal edib

Azərbaycan Rusiyadan 12 milyon dollarlıq şokolad idxal edib

309
Paylaş
şokolad
şokolad

2019-cu ilin I rübündə Azərbaycan Rusiyadan 12 mln. dollar məbləğində şokolad idxal edib, bu da həmin məhsulun bütün Rusiya üzrə ixracının 9%-ni təşkil edib. 

Bu barədə “Rusiya ixracatçıları” informasiya portalı məlumat verir.

2018-ci ilin analoji dövrü ilə müqayisədə Azərbaycana şokolad idxalı 29% artıb.

Ümumilikdə, 2019-cu ilin I rübündə Rusiya şokolad və ondan məmulatların ixracı 2018-ci ilin analoji dövrü ilə müqayisədə 4% (5,6 milyon dollar) artaraq 142 milyon dollar təşkil edib.

Bu məhsulun ixrac coğrafiyası 57 ölkəni əhatə edib, onlardan Qazaxıstan, Çin, Belarus və Azərbaycan əsas rol oynayır. Rusiya şokolad məmulatların ixracının 52%-i bu satış bazarlarının payına düşüb.