Əsas səhifə Biznes Azərbaycan Rusiya vilayətilə 16 milyonluq alış-veriş edib

Azərbaycan Rusiya vilayətilə 16 milyonluq alış-veriş edib

428
Paylaş

Bu ilin 11 ayının yekunlarına görə, Həştərxan vilayətinin Azərbaycanla ticarətində bütün göstəricilər üzrə artım qeydə alınıb. Ticarət dövriyyəsi 2016-cı illə müqayisədə 4 dəfə artaraq 16 milyon dollara çatıb.

Həştərxan vilayəti Administrasiyasının məlumatına görə, vilayətdən Azərbaycana məhdud çeşiddə mallar – gəmiqayırma məhsulları, portlandsement, balıq və un məhsulları ixrac olunur. Əks istiqamətdə Azərbaycandan qara metaldan hazırlanmış məmulatlar, balıq məhsulu və nəqliyyat vasitələri göndərilir.

Azərbaycanda səfərdə olan Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin hesab edir ki, Həştərxan vilayətinin Azərbaycanla xarici ticarət dövriyyəsi daha böyük potensiala malikdir.

Xatırladaq ki, bu gün Bakıda Həştərxan Biznes Mərkəzinin təntənəli təməlqoyma mərasimi keçirilib.

© Azərtac