Əsas səhifə Xəbərlər Digər xəbərlər Azərbaycan oyun studiyası qlobal bazar üçün 2 oyun hazırlayır

Azərbaycan oyun studiyası qlobal bazar üçün 2 oyun hazırlayır

75
Paylaş

2019-cu ilin aprel ayında 2 dostun təşəbbüsü ilə qurulmuş, hazırda 20 nəfərlik komandadan ibarət olan  Azərbaycanın “Bad button studio” oyun studiyası qlobal bazar üçün “King and Kingdoms” və “Upman” adlı oyunlar üzərində çalışır.  

“Bad Button studio”nun əsas məqsədi Azərbaycanı oyun sektorunda dünya bazarına çıxartmaqdır.

Studiyanın əsas layihəsi olan “King and Kingdoms”da Səfəvi, Osmanlı, Roma və onlarla bu kimi böyük imperiyalar yer alacaq. Strategiya oyun həvəskarları üçün maraqlı və bir o qədər də rəqabətcil olan “King and Kingdoms” oyunu bu sektorda qarşısında çox ciddi hədəflər qoyub. Oyun gələn ilin ortlarında tamamlanacaq.

Artıq “Bad Button Studio” “Facebook” və “İnstagram” kimi sosial şəbəkələrdə öz auditoriyasını cəlb etməyi bacarıb.