Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycan MDB ölkələrinə kombi ixrac edə bilər

Azərbaycan MDB ölkələrinə kombi ixrac edə bilər

87
Paylaş

Azərbaycan-Çin investisiyası əsasında kombi istehsalı zavodu olan “Elektrogas” MMC MDB ölkələrinə kombilərin ixracını təşkil etmək istəyir.

Bunu  yeni fəaliyyətə başlamış zavodun direktoru Elnur Cəmilli bildirib.

Onun sözlərinə görə, zavod hazırda Rusiya, Gürcüstan və Ukrayna ilə danışıqlar aparır: “Bəzi məsələlər həll edildikdən sonra növbəti ay ixraca başlayacayıq. Rusiya bazarı bizim üçün çox maraqlıdır”.

Zavodun direktoru qeyd etdi ki, “Elektrogas” MMC-nin aylıq istehsal gücü 10 min ədəddən çoxdur: “Bir neçə dövlət layihələri çərçivəsində bizim müəssisənin kombiləri satılıb. Malın keyfiyyəti ilə bağlı heç bir problem yoxdur”.

O qeyd edib ki, biz burda təkcə kombi deyil eyni zamanda isti su qızdırıcıları, həmçinin elektrikli su qızdırıcıları da istehsal etməyi planlaşdırırıq.

Xatırladaq ki, avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi ilə, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb. Zavodun yaradılmasına 2 milyon manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq. Bu zavodun istehsal profilinin daha da genişləndirilməsinə imkan verəcək, E.Cəmilli bildirib.