Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək

Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək

338
Paylaş
Azərbaycan Koreya
Azərbaycan Koreya

Aprelin 26-da Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyinin (KOTRA) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək.

Görüşdə kənd təsərrüfatı texnikasının ehtiyat hissələri, toxuculuq liflərinin hazırlanması üçün maşınlar, poliester (neylon) parçalar, müxtəlif növ yapışqan lentlər (skoçlar), avtomobillər üçün pompalar, müxtəlif növ sous və ədviyyatlar, hidrogen tərkibli maska və kosmetik vasitələr sektorunda fəaliyyət göstərən yeddi Koreya şirkəti iştirak edəcək. Onların sırasında “Nature4”, “Jinsung Bio”, “Jingwoo Automotive”, “Chang Jin Tape”, “Lee Hwa Ind” və s. yer alıb.