Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycan kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək

Azərbaycan kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək

22

Kiçik və orta biznes (KOB) subyektlərinin maliyyə resurslarına çıxışlarının genişləndirilməsi, onların maliyyə savadlılığının artırılması məqsədilə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Azərbaycan Banklar Assosiasiyası (ABA) birgə əməkdaşlıq edəcək. Bu məqsədlə sözügedən qurumlar arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.

Sənədə əsasən, MBNP, KOBİA və ABA KOB-ların maliyyələşdirilməsi üçün dövlət maliyyə dəstəyi və özəl maliyyə-kredit təşkilatlarında tətbiq edilən mövcud mexanizmlərin effektivliyinin müzakirə edilməsi üçün birgə konsultativ platforma yaradacaq, KOB-ların maliyyələşdirilməsində beynəlxalq təcrübəyə əsaslanan innovativ və alternativ maliyyələşdirmə mexanizmlərinin tətbiqi imkanlarını araşdıracaq, KOB-ların qiymətli kağızlar bazarına çıxışının və müvafiq bazar alətlərindən istifadəsinin təşviqi istiqamətlərində birgə əməkdaşlıq edəcəklər.

Tərəflər, həmçinin, KOB-ların maliyyə savadlılığının artırılması, ölkə regionlarında bu sahədə müxtəlif mövzularda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi, KOB-ların inkişafına dair forum və dəyirmi masaların təşkili istiqamətlərində birgə tədbirlər reallaşdıracaqlar.

Rəy bildir

Please enter your comment!
Please enter your name here