Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycan İnnovasiya Mükafatı təsis olunub

Azərbaycan İnnovasiya Mükafatı təsis olunub

26

Azərbaycanda innovasiya ekosisteminin iştirakçılarının dəstəkləmək məqsədilə Azərbaycan İnnovasiya Mükafatı (AİM) təsis olunub.

Mükafatı mərkəzi icra hakimiyyəti orqanı olan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilir.

Layihə çərçivəsində 2018-2019-cu illər ərzində innovasiya fəaliyyəti istiqamətində ən təşəbbüskar, fəal şirkət, layihə və şəxslər mükafatlandırılacaq.

İctimai əsaslı mükafatla əlaqədar elan olunan müsabiqəyə müraciətlərin qəbuluna artıq start verilib.

Müsabiqə “İlin startapı”, “İlin influenseri”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi” və “İlin innovasiya ekosistemi təmsilçisi” nominasiyaları üzrə keçirilir. Bu linkə http://innoweek.az/award/ daxil olmaqla müsabiqədə iştirak üçün müraciət etmək olar.

Qaliblər cari ilin 23 oktyabr tarixində baş tutacaq “İnnovation Awards Gala” mükafatlandırma mərasimində elan ediləcək.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here