Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir?

Azərbaycan hansı ölkələrə polipropilen və polietilen ixrac edir?

87
Paylaş

Azərbaycan polipropilen və polietileni əsasən Türkiyə, Rusiya, Ukrayna, Belarus, Polşa və Litvaya ixrac olunur.

Bunu  Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) bildiriblər.

Məlumatda qeyd olunub ki, “SOCAR Polymer” zavodundan istehsal olunan məhsulun böyük hissəsi ixrac olunur.

O da bildirilib ki, bu ilin yanvar-iyun aylarında 52 tona yaxın polipropilen və polietilen ixrac olunub.

Qeyd edək ki, “SOCAR Polymer” 2013-cü ildə yaradılıb.