Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri reytinqində 34-cü yeri tutub

Date:

Paylaş:

“Numbeo” servisi 2019-cu ilin ilk yarısı üzrə dünyanın ən təhlükəsiz ölkələrinin və şəhərlərinin reytinqini dərc edib.

Xidmətin ekspertləri dünyanın 123 ölkəsində və 328 şəhərindəki cinayətkarlıq səviyyəsini təhlil ediblər.

Azərbaycan bu reytinqdə 34-cü yeri tutub (cinayətkarlıq indeksi – 32,68, təhlükəsizlik indeksi – 67,32). Təlükəsizlik reyinqində Azərbaycan ötənilin eyni dövründə 95-ci yerdə idi.

Qətər dünyanın ən təhlükəsiz ölkəsidir. Orada cinayətkarlıq indeksi 12, təhlükəsizlik indeksi 88 baldır. Birləşmiş Ərəb Əmirlikləri (cinayətkarlıq indeksi – 15,52, təhlükəsizlik indeksi – 84,48) ikinci, Yaponiya (cinayətkarlıq indeksi – 15,91, təhlükəsizlik indeksi – 84,09) isə üçüncü sırada yer alıb.

Ən təhlükəli ölkələr sırasında Əfqanıstan, Papua Yeni Qvineya və Cənubi Afrika göstərilib.

Həmçinin dünya şəhərləri üzrə ayrıca təhlükəsizlik reytinqi tərtib edilib. Bakı dünyanın ən təhlükəsiz şəhərləri arasında 86-cı yeri tutub. İlk üçlükdə Əbu-Dabi (BƏƏ), Doha (Qətər) və Kvebek (Kanada) yer alıb.

Dünyanın ən təhlükəli şəhərləri isə Karakas (Venesuela), Pitermaritsburq (Cənubi Afrika) və Port Morsbi (Papua Yeni Qvineya) hesab olunur.

Türkiyə isə 60.14 təhlükəsizlik indeksi ilə 51-ci yerdədir.

MDB üzrə reytinq belədir (qalan 4 ölkə barədə məlumat qeyd edilmir):

  1. Gürcüstan – 79.82
  2. Ermənistan – 79.22
  3. Estoniya – 77.83
  4. Belarus – 75.20
  5. Azərbaycan – 67.32
  6. Litviya- 65.18
  7. Latviya – 63.40
  8. Rusiya – 58.30
  9. Moldova – 54.30
  10. Ukrayna – 50.96
  11. Qazaxıstan – 35.77

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...