Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan buğda idxalını 17%, tərəvəz ixracını 48% artırıb

Azərbaycan buğda idxalını 17%, tərəvəz ixracını 48% artırıb

643
Paylaş

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana 598,4 min ton buğda idxal edilib ki, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 17,1% çoxdur.

Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $106 mln. 45,9 min (artım 10,4%) təşkil edib.

Hesabat dövründə Azərbaycana $43 mln. 255,3 min dəyərində (azalma 56,4%) 116,3 min ton şəkər xammalı və şəkər (azalma 45,2%), $73 mln. 687,2 min dəyərində (artım 32,9%) 85,855 min ton bitki yağı (artım 41,7%), $29 mln. 118,9 min dəyərində (artım 7%) 7,494 min ton çay (artım 6,3%), $42 mln. 987,7 min dəyərində (artım 6,5%) 7,304 min ton kərə yağı və süd (azalma 21,7%) idxal edilib.

Yanvar-iyul aylarında respublikaya $14 mln. 89,7 min dəyərində (azalma 12,7%)4,621 min ton (azalma 21%) iribuynuzlu heyvan əti, $19 mln. 928 min dəyərində (azalma 0,7%) 1,97 min ton (artım 3,7%) quş əti və ondan hazırlanan məmulatlar idxal olunub.

Yanvar-iyul aylarında respublikaya $59 mln. 801,4 min dəyərində (artım 47,3%) 67,425 min ton meyvə (artım 47,5%), $6 mln. 276,5 min dəyərində (azalma 37,1%) 11,577 min ton tərəvəz (azalma 46,7%), $20 mln. 446 min dəyərində (azalma 9%) 80,48 min ton kartof (azalma 23,2%) idxal edilib.

Hesabat dövründə ölkədən $155 mln. 508,2 min dəyərində (artım 7,9%) 166,6 min ton tərəvəz (azalma 1,5%), $115 mln. 861 min dəyərində (artım 39,5%) 89,178 min ton meyvə (artım 48%) ixrac edilib.

Bundan başqa, qeyd olunan dövrdə Azərbaycandan $14 mln. 867,7 min dəyərində (azalma 50,5%) 25,461 min ton şəkər (azalma 44,7%), $5 mln. 406,3 min dəyərində (azalma 7,3%) 6,638 min ton bitki yağı (artım 23,6%) ixrac edilib.

Həmçinin yanvar-iyul aylarında Azərbaycan $5 mln. 772,1 min (аrtım 2,7%) dəyərində 4,533 min ton meyvə və tərəvəz şirələri (azalma 14,2%), $4 mln. 559,1 min (аrtım 43,6%) dəyərində 373 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi (artım 2 dəfə), $4 mln. 76,1 min (аrtım 85,4%) dəyərində 3,385 min ton meyvə və tərəvəz konservləri (artım 23,5%) ixrac edib.