Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan balıq idxalına görə ikinci yeri tutub

Azərbaycan balıq idxalına görə ikinci yeri tutub

281
Paylaş

Bu ilin yanvar ayında Azərbaycan Ukraynadan 51 ton hazır və konservləşdirilmiş balıq idxal edib.

Bu barədə Ukraynanın Aqrar Siyasət Nazirliyinin məlumatında bildirilir.

Belə ki, 2019-cu ilin ilk ayında Ukrayna xarici bazarlara ümumi dəyəri 450 min ABŞ dolları olan 207 ton həcmində hazır və konservləşdirilmiş balıq ixrac edib. Bu isə məbləğ baxımından ötən ilin analoji dövrü ilə müqayisədə 9,4% çoxdur.

Bununla da Azərbaycan bu adda məhsulların idxalına görə ikinci yeri tutub. Bu adda məhsulların əsas idxalçısı Moldova olub. Yanvarda bu ölkə Ukraynadan 96 ton hazır və konservləşdirilmiş balıq idxal edib. Sonrakı yeri 33 ton çəkidə idxalla Gürcüstan qərarlaşıb. Bundan başqa hazır və konservləşdirilmiş balıq məhsulları ABŞ, Almaniya, Latviya və digər ölkələrə ixrac edilib.

Xatırladaq ki, 2018-ci ilin nəticələrinə görə Ukrayna 37,1 mln. dollar dəyərində 10,6 min ton balıq və su bioresursları məhsulları ixrac edib. 2017-ci ilin göstəriciləri ilə müqayisədə ixracın dəyəri 2,8 mln. dollar və yaxud 8,1% artıb.