Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan balı brendə çevrilə bilər

Azərbaycan balı brendə çevrilə bilər

57

“Bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Arıçılıq Konfransında Türkiyə və Rusiya arıçıları arasında təcrübə mübadiləsini həyata keçirilməsi üçün körpü rolunu oynamaq istəyirik”.

Bunu, Azərbaycan Peşəkar Arıçılar Birliyinin sədri Elxan Ələkbərov bildirib.

E. Ələkbərovun sözlərinə görə, Türkiyə arıçılığı son illərdə inkişaf edib və arıçılıqda müasir avadanlıqlardan istifadə edir, ölkəmiz isə bu təcrübəni Rusiyaya və köhnə Sovet ölkələrinə ötürülməsində körpü rolunu oynamaq istəyir.

“Bu gün Bakıda keçirilən Arıçılıq Konfransını təşkil etməkdə məqsəd Azərbaycan arıçılığını inkişaf etdirmək və dünyada mövcud olan təcrübəni, son yenilikləri ölkəyə gətirməkdir. Türkiyə və Rusiya arıçıları ilə təcrübə mübadiləsi aparmaqdır. Konfransda Türkiyənin, Rusiyanın, İranın, Gürcüstanın müxtəlif bölgələrindən arıçılar iştirak edirlər. Konfransda həmçinin, Azərbaycan balının marketinqi məsələlərinə toxunulacaq”.