Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər Azərbaycan Avropa ölkələrinə heyvan mənşəli qidalar və bal ixrac edəcək

Azərbaycan Avropa ölkələrinə heyvan mənşəli qidalar və bal ixrac edəcək

120
Paylaş

Azərbaycan sahibkarlarının müraciətləri əsasında Avropa ölkələrinə ilbiz və qurbağa ayaqları ixrac ediləcək.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Elxan Mikayılov deyib.

O bildirib ki, artıq Azərbaycana məxsus üç məhsul səlahiyyətləndirilib.

Onun sözlərinə görə, çoxsaylı müraciətləri nəzərə alaraq, Avropa İttifaqı ilə iki yeni məhsulun, ilbiz və qurbağa ayaqlarının ixracı ilə bağlı danışıqlara başlanılıb.

Agentlik rəsmisi onu da vurğulayıb ki, son illər balın ixracında ciddi artım müşahidə olunub: “Sahibkarlar artıq potensial alıcıları müəyyən ediblər. Baldan sonra heyvan mənşəli yun və dərinin Aİ-na ixracı ilə bağlı danışıqlar aparılır. Proseslər başa çatdıqdan sonra bu məhsulların ixracına icazə veriləcək”.