Əsas səhifə Biznes sahələri Avtomobil Azərbaycan Almaniyaya 900 min manata avtomobillər satıb

Azərbaycan Almaniyaya 900 min manata avtomobillər satıb

16
Paylaş

Azərbaycan ötən ildə Almaniyaya mühərrikinin həcmi 3 000 kub sm-dən (3L) 4 bahalı avtomobil satıb.

Bu barədə DSK-nin statistik rəqəmlərində deyilir.

ixrac olunan həmin 4 minik avtomobilinin ümumi dəyəri 526,56 min ABŞ dolları ( həmin müddətdəki məzənnə ilə ifadədə 894,2 min manat) təşkil edib. Bu da hər avtomobilin Almaniya üçün ortalama 131,64 min dollara başa gəldiyi deməkdir.

Bu həcmdə olan mühərrik üzrə Almaniyadan Azərbaycana isə 147 ədəd gətirilib ki, bunun da hər biri üzrə ortalama dəyəri 181,01 min dollar olub.

Qeyd edək ki, Azərbaycana Almaniyadan idxal olunan, mühərrikinin həcmi 3 000 kub sm-dən çox olan avtomobillərin ümumi dəyəri 26,9 mln. dollar olub.

Ümumilikdə isə 2019-cu il ərzində Azərbaycan bu ölkəyə 4 avtomobil ixrac etdiyi halda, oradan Azərbaycana 13 253 avtomobil idxal olunub.