“Bizplus.az” Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Bir neçə gün əvvəl Çinin Ayın əks tərəfinə enən “Çanye-4” zondunda kartof, pambıq və digər bitkilərə aid toxumların yetişdirilməsi ilə bağlı eksperiment aparılırdı.
İlk mərhələdə təcrübə kifayət qədər uğurlu olmuşdu, hətta pambıq toxumlarının cücərdiyi xəbəri yayılmışdı.
Çinli alimlər bitkilərin tələf olmasını “Ay gecəsi” hadisəsi ilə izah edib. Belə ki, bu hadisə baş verən zaman temperatur kəskin şəkildə – mənfi 170 dərəcəyə qədər düşə bilir.