Ayda 30 min dollar qazanan 18 yaşlı gənc

Date:

Paylaş:

Müasir dövrdə yeniyetmələrin əksəriyyəti video oyunlarından asılı vəziyyətə düşüb. Hətta virtual dünyada yaratdıqları “qəhrəmanlar”ını gücləndirmək üçün valideynlərinin bank hesablarından belə, istifadə edirlər. Bəzilər isə erkən yaşda hamburqer və yaxud da kofe satmaqla qazandığı çox cüzi məbləği eyni yolla xərcləyir.

Amma bugünkü qəhrəmanımız – Temper Tompson – onlardan biri deyil. Yuxarıda yazdıqlarımın ona heç bir aidiyyatı yoxdur. Temper 8-ci sinifdə oxuyarkən gələcəyi ilə bağlı önəmli bir qərar verib: artıq ailəsindən pul almayacaqdı. Kompüterini işə salıb və onlayn marketinqlə məşğul olmağa başlayıb. Hədəfi aya 100 dollar qazanmaq imiş.

İndi onun 18 yaşı var. Tompsonun təkcə fiziki göstəriciləri yox, həm də hədəfləri böyüyüb. O, artıq ayına 30 min dollar qazanır, yəni adi bir amerikalının illik əmək haqqından daha çox, normal bir azərbaycanlının isə 10 illik qazancından artıq… Təbii, sual yaranır: o, bunu necə edir? Cavab sadədir: internetdə “kindle” (elektron kitab oxumaq üçün tablet) dərsləri sataraq.

İnc.com Temperlə söhbətləşib. O, gənc yaşda uğur qazanmağın sirlərini amerikalı həmkarlarımıza açıqlayıb.

1. Danışma, hərəkət et

Birinci dərs – Həqiqətən də nəsə etməlisiniz.

Temper: “Çox insan sadəcə etmək istədikləri barədə danışır, addım atmır. Hərəkət etməsən, uğur qazana bilməzsən”.

Hamımız danışan, ancaq reallığa qalanda isə, heç nə etməyən insanlar tanıyırıq. Hətta əksəriyyətimiz beləyik. Ancaq önəmli olan bir şey var: fikirlər, böyük fikirlər – onlar hər an ağlımızdan keçə bilər, onları əldə etmək çox “ucuz” başa gəlir, yəni bu, hamımız üçün xarakterikdir. Fərqi yaradan şey hərəkətə keçmək, həmin fikirə vaxt ayırmaq, əmək sərf etməkdir. İnsanların əksəriyyəti heç vaxt bunu anlaya bilmir. Temper isə 8-ci sinifdə oxuyarkən bunu dərk edib.

2. Uğursuzluqdan qorxma

İkinci dərs əzmlə bağlıdır.

Səhvlər həmişə olur. Temper biznesini böyüdərkən bir çox cəhdlər etdiyini və müxtəlif səhvlərə yol verdiyini deyir:

“Tanıdığımız bir çox insan hansısa işə girişir, uğursuz olur və sonda imtina edir. Əslində isə uğursuzluq bir üstünlükdür. Ancaq səhvlərinizdən dərs çıxarıb özünüzü inkişaf etdirə bilərsiniz”.

3. Diqqət ayırın

Bir mövzuya yönəlməli və bütün diqqətinizi ona ayırmalısınız.

Müasir dövrdə diqqət problemləri və gənclərin oturub bir nöqtəyə fokuslanmaları ilə bağlı yaranan çətinliklər barədə çox şeylər eşidirik. Temper bu vəziyyəti “qorxunc” adlandırır:

“Bir fikrə, mövzuya fokuslanmaq edə biləcəyin ən effektiv şeydir. Diqqətinizi ayıracağınız təqdirdə daha da çox inkişaf edə bilərsiniz”.

4. Çalışın ətrafınızda pozitiv insanlar olsun

Temperin valideynləri bizneslə məşğuldur. Qəhvə mağazasına sahib olan ailə üzvləri həyatlarından olduqca məmnundurlar. Temper isə valideynləri ilə müqayisədə ambisiyalıdır. O, işini hər ötən il daha da böyütməkdə qərarlıdır. Ailəsi Temperə hansısa maddi dəstək verməsə də – o praktiki olaraq sıfırdan başlayıb, gəliri ilə investisiya edib – mənəvi cəhətdən köməkləri böyük olub. Qısası, mühit çox önəmlidir:

“Ətrafında olan uğursuz, neqativ insanlar sizi özləri ilə birlikdə aşağı çəkəcəklər. Pozitiv insanlar isə sizə dəstək olub hansısa nöqtəyə fokuslanmağınıza yardımçı olurlar”.

5. Rahatlaşmaq olmaz

Uğur qazanmaq üçün daim irəliyə doğru getməlisən. İndi yazacağım fakt hər bir potensial investoru həvəsləndirə bilər: Temper hər il ötən ilə nisbətdə biznesindən 10 dəfə artıq pul qazanır. O, aylıq hədəfina çatanda – 100 dollar – rahatlaşmayıb. Kiçik dəyişikliklər sayəsində aya 1 000 dollar qazanmağın mümkün olduğunu anlayıb. Aylıq gəliri 1 000 dollara çatanda isə hədəfini daha da böyüdüb: 10 000 dollar.

18 yaşlı oğlan artıq aylıq qazancını 100 000 dollara çatdırmağı planlaşdırır. Temper bu yolda əmin addımlarla irəliləyir:

“Bir çox insan hədəfinə çatır və bunun yetərli olduğunu düşünür, özünü xoşbəxt hesab edir. Ancaq rahatlaşmasan, hədəflərini daha da böyüdüb, biznesini inkişaf etdirə bilərsən”.

Minlərlə sahibkar var ki, ayda 30 min dollar qazanmağın xəyalını qurur. Temper Tompson isə xəyallarla kifayətlənmir, həm də onları reallaşdırır. Hələ də məktəbli ola bilər, amma onun yox, bizim Tompsondan öyrənəcəyimiz çox şey var/Metbuat.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...